İranda Myanmar hadisələri ilə bağlı etiraz aksiyaları keçirilib

İranda Myanmar hadisələri ilə bağlı etiraz aksiyaları keçirilib
# 08 sentyabr 2017 15:00 (UTC +04:00)

Bu gün cümə namazından sonra İranın şəhər və qəsəbələrində Myanmarda müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz aksiyaları keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, aksiya iştirakçıları Myanmar hökuməti əleyhinə şüarlar səsləndirib və müsəlmanlara qarşı törədilən cinayətləri pisləyib. Onlar beynəlxalq qurumlar və insan haqları təşkilatlarından Myanmar müsəlmanlarına dəstək verməsini tələb ediblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də BMT baş katibinə məktub göndərərək, İranın Myanmar böhranının dinc yolla həlli üçün əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR