Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL və SAT imtahanları keçirilib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
TOEFL imtahanında 1 xarici vətəndaş olmaqla 8 nəfər, SAT imtahanında isə 41 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL və SAT (Subject) imtahanlarının 2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur.