Bəyannamə: Azərbaycan, Pakistan və Türkiyə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə edib

Bəyannamə: Azərbaycan, Pakistan və Türkiyə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə edib
# 30 noyabr 2017 10:35 (UTC +04:00)

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən ilk üçtərəfli görüşündə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan edib, öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayıblar.

APA-nın məlumatına görə, bu barədə nazirlərin görüşünün yekunlarına dair qəbul olunmuş Bakı Bəyannaməsində bildirilir.

Nazirlər ölkələrinin yerləşdiyi müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınayıb, bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiklərini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR