Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək
# 02 oktyabr 2012 09:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis (MM) sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək Albaniyanın Tirana şəhərinə səfər edəcək. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən bildirilib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildir. Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi” mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar fikirlərini bildirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR