Azərbaycan Dövlət Rus Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də açacaq

Azərbaycan Dövlət Rus Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də açacaq
# 09 sentyabr 2013 10:34 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 93-cü teatr mövsümünə başlayır.

Teatrdan APA-ya verilən məlumata görə, sentyabrın 15-də gündüz seansında nümayiş etdiriləcək Valentina Reznikovanın “Maşa və Ayı” səhnə əsəri mövsümün ilk tamaşası olacaq.

Sentyabrın 15-də axşam seansında isə Vasili Stanilovun “Opera Mafiozo” kriminal komediyası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovskidir. Tamaşada Məbud Məhərrəmov, Natalya Şarovskaya, Salman Bayramov, Ömər Nağıyev, Alik Əmirbəyov və başqaları rol alıblar.

Teatrdan bildiriblər ki, sentyabrın 20-də Nizami Gəncəvinin eyniadlı poeması əsasında “Yeddi gözəl” tamaşasının, sentyabrın 22-də isə Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?” komediyasının premyeraları olacaq.

Sentyabrın 21-də gündüz seansında Yekaterina Çernyakın “Gözəl Vasilisa”, sentyabrın 22-də isə Vladimir Neverovun “Nağılı tap! - 2” tamaşaları azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR