Belarusda Qələbənin 70 illiyi ilə əlaqədar amnistiya elan edilib

Belarusda Qələbənin 70 illiyi ilə əlaqədar amnistiya elan edilib
# 08 may 2015 04:56 (UTC +04:00)

Bakı-APA. Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar geniş amnistiya elan etməyi qərara alıb. APA-nın məlumatına görə, bu barədə “BelTA” Belarus DİN Hökmlərin İcrası İdarəsinin rəisi Janna Baturitskayaya istinadən məlumat yayıb.

“Prezident qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Reqlamentə əsasən, deputatlar baxdıqdan sonra sənəd Respublika Şurasına təqdim edilir, sonda isə dövlət başçısı tərəfindən imzalanır. Düşünürəm ki, bu tezliklə baş verəcək”, deyə məmur bildirib.

Amnistiyanın 8,6 min məhbusu əhatə edəcəyi gözlənilir. Bundan əvvəl 9 May bayramı ilə əlaqədar artıq 2,2 min məhbusun azadlığa çıxdığı bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR