Məhəmməd Bayramov: “Məktəblərdə artıq xərclər məktəb direktorlarının günahı üzündən yaranır”

Məhəmməd Bayramov: “Məktəblərdə artıq xərclər məktəb direktorlarının günahı üzündən yaranır”
# 10 sentyabr 2013 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Orta məktəblərdə artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib”.

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

M. Bayramov bildirib ki, ötən dərs ilində idarənin maliyyə təsərrüfatı fəaliyyəti Hesablama Palatası tərəfindən audit edilib. M.Bayramovun sözlərinə görə, auditin nəticələri normaldır və heç bir kənarlaşma, yeyinti halları aşkar olunmayıb. O qeyd edib ki, sadəcə bəzi hallarda artıq xərcləmə, bəzi hallarda isə az xərcləmə aşkar olunub: “Artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib. Şagird sayı çatmadığı halda, məsələn, 19 nəfərdən ibarət olan sinfi xarici dilin tədrisində iki yerə bölməklə maliyyə israfçılığına yol veriblər. Paralel siniflərin birindən digərinə şagird keçirməklə saxta sinif açıblar. Yəni, bunların hamısı bu dərs ilinin başlanğıcından başlayaraq araşdırılacaq. Maliyyə işçilərinin fəaliyyətində bir nöqsan aşkar olunmasa da, direktorların maliyyə işində müəyyən boşluğa verdikləri aşkar olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR