Ötən ay İraqda 928 mülki şəxs həlak olub

Ötən ay İraqda 928 mülki şəxs həlak olub
# 02 avqust 2013 09:18 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. BMT İraqda mülki əhali arasında həlak olanların sayının artmasından ciddi narahatlıq bildirir.

APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin iyul ayı İraqda qanlı ayı olub. Terror və zorakılıq aktları nəticəsində ötən ay 928 mülki şəxs həlak olub, 2109 nəfər isə yaralanıb.

BMT-nin İraqdakı missiyası və BMT-nin İnsan haqları üzrə idarənin yaydığı hesabatda deyilir ki, ümumilikdə iyul ayı ərzində 1057 nəfər həlak olub və 2326 nəfər yaralanıb. BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Corc Bustinin sözlərinə görə, son beş ildə bu, həlak olanların sayında ən yüksək göstəricidir. C.Bustin İraqın bütün siyasi liderlərini qarşıdurmanı dayandırmağa və ölkənin qaranlıq keçmişə qayıtmasının qarşısını almağa çağırıb.


C.Bustin qeyd edib ki, bu ilin əvvəlindən İraqda 4137 mülki şəxs həlak olub, 9865 nəfər isə yaralanıb. İraqlıların çoxu paytaxt Bağdadda həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR