“Bank of Baku” tibb işçiləri üçün kredit kampaniyasına başlayıb

“Bank of Baku” tibb işçiləri üçün kredit kampaniyasına başlayıb
# 11 iyun 2014 07:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın tibb işçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” güzəştli kredit kampaniyası elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniyanın şərtinə əsasən “Bank of Baku” Azərbaycanın səhiyyə sisteminin işçiləri üçün nağd kreditin komissiya haqqında 50%-lik endirimə başlayır.


Müştəri “Dostlar Klubu”-nun üzvüdürsə, 50%-lik komissiya endirimi ilə yanaşı, illik faiz dərəcəsində 3% endirim də ediləcək. Bu zaman “Dostlar Klubu”-nun bonusu komissiyadakı endirim məbləği qədər azaldılır.

Kreditin maksimal məbləği 10 000 manat təşkil edir. Kampaniya cari ilin 23 iyun tarixinədək davam edəcək.


Krediti rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb olunur - şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya rəsmi gəlirləri təsdiq edən digər sənəd). Kredit qısa müddət ərzində ayrılır. Tibb işçiləri bankın istənilən filialına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR