Prodüserlər Gildiyasının «Geniş baxış -2» ssenari müsabiqəsinin birinci mərhələsi başa çatıb

Prodüserlər Gildiyasının «Geniş baxış -2» ssenari müsabiqəsinin birinci mərhələsi başa çatıb
# 30 may 2014 08:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Prodüserlər Gildiyasının «Geniş baxış -2» ssenari müsabiqəsinin birinci mərhələsi başa çatıb. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, müsabiqənin şərtlərinə uyğun olaraq, aprelin 1-dən mayın 15-dək 70-dən çox sinopsis və ssenari Prodüserlər Gildiyasına təqdim edilib.

Prodüserlər Gildiyası üzvlərinin keçirdiyi səsverməyə əsasən müsabiqənin ikinci mərhələsi üçün üç ssenari qalib elan edilib.

Gildiya üzvləri seçim zamanı daha çox geniş tamaşaçı auditoriyasının marağını çəkən, kommersiya xarakterli sinopsis və ssenarilərə üstünlük veriblər.

Qeyd edək ki, müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə ən çox səs toplayan “İbişin tankı”, “Köşk” və “Tənha ürəklərin tanqosu” sinopsisləridir.

“Geniş baxış - 2” müsabiqəsinin şərtlərinə uyğun olaraq qalib gəlmiş 3 sinopsisin ssenari nümunəsi Azərbaycan Prodüserlər Gildiyasına təqdim olunacaq. Qaliblərinin adları sentyabrın 1-də “Azərbaycanfilm” kinostudiyasının “azerbaijanfilm.az” rəsmi internet səhifəsində və “Mədəniyyət” qəzetində açıqlanacaq.

Qalib ssenarilər əsasında bədii film istehsalata buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR