Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənədlərinin qəbul müddəti uzadılıb

Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənədlərinin qəbul müddəti uzadılıb
# 31 may 2013 12:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənədlərin qəbul müddəti uzadılıb. Bu barədə APA-ya kollegiyanın Rəyasət Heyətindən məlumat verilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 may 2013-cü il tarixli qərarına əsasən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu 4 sentyabr 2013-cü il tarixə qədər uzadılıb.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər sənədləri təqdim etməklə Vəkillə Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR