Mətbuat Şurasında hərbi jurnalistin kitabının təqdimatı keçirilib - FOTO

Mətbuat Şurasında hərbi jurnalistin kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 13 iyun 2014 16:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasında (MŞ) hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun «İlk briqadanın ibrətli döyüş dərsləri» kitabının təqdimat mərasimi keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, tədbirdə Şura sədri Əflatun Amaşov bildirib ki, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac duyulmaqdadır: “Bu kitab bu mənada böyük əhəmiyyət kəsb edir”.

Daha sonra çıxış edən hərbi jurnalist və ekspert Üzeyir Cəfərov qəhrəmanlıq salnaməsi yaradan şəxslərin keçdikləri döyüş yolunun öyrənilməsinin vacibliyini bildirib.

Tədbirdə çıxış edənlərdən «Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi» MMC-nin şöbə rəisi Arzuman Kosayev, müharibə veteranları Füzuli Rzaquliev, Habil Şirinov, Bəhrəm Əzimov, İntiqam Mirzəyev, jurnalistlər Anar Vəziroğlu, Müzahim İsmayılzadə və digərləri təqdimatı keçirilən nəşrin spesifik cəhətlərinə toxunaraq onun Azərbaycanın yaxın keçmişinin tarixi ruhunun yaşadılması baxımından önəminə toxunublar.

Sonda çıxış edən İ. Məsimoğlu yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR