® Rəbiyyət Aslanova: “Multikulturalizmin təntənəsi olan Balakənin seçimi prezident İlham Əliyevdir” - MÜSAHİBƏ - FOTOSESSİYA

<font color=red>® </font>Rəbiyyət Aslanova: “Multikulturalizmin təntənəsi olan Balakənin seçimi prezident İlham Əliyevdir” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 01 oktyabr 2013 13:15 (UTC +04:00)

Millət vəkili görüşlərlə əlaqədar APA-ya fikrilərini bölüşüb.

- Seçki kampaniyası çərçivəsində iki həftə ərzində Balakəndə çoxlu görüşlərimiz olub. Demək olar, bütün kənd və qəsəbələrdə, yaşayış məntəqələrində olmuşuq. YAP-ın namizədinin platforması və fəaliyyəti ilə bağlı fikirlərimizi bölüşmüşük. Məndə belə bir qənaət formalaşıb ki, sərhəd rayonu Balakəndə seçki ab-havası, seçki əhval-ruhiyyəsi paytaxtda olduğundan da üstündür. Burada insanlar günümüzün gerçəkliklərini çox yaxşı görürlər, öz mövqelərini tam aydın şəkildə ortaya qoyurlar. Dövlət başçısına, müstəqilliyimizə olan münasibətlərini çox səmimi ifadə edirlər. İstər yaşlı, istər gənc insanlar olsun aparılan dövlət siyasətini incəliyinə qədər təhlil edirlər. Açıq-aydın görünür ki, Azərbaycan vətəndaşı doğrudan da dövlətimizin apardığı siyasəti tamamilə düzgün qiymətləndirməyi bacarır.

- Görüşlər zamanı Balakən seçicilərinin əsas mesajı nə oldu?

- Hər kəs bir fikirdə israrlıdır - dövlət başçısı, YAP-ın namizədi İlham Əliyev bu gün Azərbaycanın müstəqilliyinin, uğur və nailiyyətlərinin qarantıdır. Balakəndə seçicilərin fikirlərində əsas vurğu budur ki, dövlət başçısını qəlblərində çoxdan seçiblər, sadəcə oktyabrın 9-da bu seçimi təsdiqləyəcəyik. Seçicilər bir vacib məqamı da vurğulayırdılar ki, prezident öz seçkiqabağı təbliğatına yalnız indi başlamayıb. O, 2008-ci ildə dövlət başçısı seçildikdən bəri gündəlik fəaliyyəti ilə bu işi aparıb. Onun işləri, bu gün atdığı addımlar gələcəyə ünvanlanmış fəaliyyətdir və məhz bu fəaliyyəti də seçkidəki uğurunu təsdiqləyəcəklər.

- Sizin Balakəndə müxtəlif təbəqələrin nümayəndələri ilə görüşləriniz olub. Onların seçki ilə bağlı baxışlarında, çıxışlarında hansı məqamları qeyd etmək olar?

- Burada ağsaqqal və ağbirçəklər, şəhid ailələri, müharibə veteranları, qadınlar, gənclərlə, bir sözlə, istənilən təbəqəyə aid insanlarla görüşlərimiz olub, ətraflı söhbətlər aparmışıq. II Dünya Müharibəsinin iştirakçısı, yaşı 90-dan artıq bir insanın çıxışı mənə çox təsir etdi. O söylədi ki, prezidentimiz məhz bir oğul, bir övlad kimi həmişə mənim yanımda olub, indi də mənim onun yanında olmağım borcumdur. Əgər bir vətəndaş dövlət başçısını özünə doğma, yaxın bir insan kimi qəbul edirsə, onu Azərbaycan vətəndaşının sabahını düşünən, gələcəyini təmin edən bir rəhbər kimi tanıyırsa, deməli, yalnız seçki zamanı deyil, həmişə onun arxasında dayanacaq. Bu, yaşlı, ahıl, böyük həyat təcrübəsi keçən bir insanın hissləri idi. O, çox sadə, səmimi dildə bu hisslərini izah edirdi. Bundan artıq el məhəbbəti ola bilməz.

Görüşlər zamanı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə görülən işlərdən, müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan, bu kateqoriya insanlar üçün tikilən evlərdən və digər işlərdən razılıq edirdilər. Qarabağ müharibəsi veteranları əminliklə söylədilər ki, Ali Baş Komandanın əmri ilə dərhal ayağa qalxıb döyüşə atılmağa hazırdırlar. Bir ana deyirdi ki, itkin düşmüş oğullarımızın xəbərini məhz prezidentin apardığı siyasət nəticəsində ala biləcəyik, çünki inamımız bu insanadır. Şəhid anaları deyirdi ki, şəhidlərin xatirəsini daim əziz tutan, Mübariz İbrahimovu Azərbaycana gətizdirən, Ramil Səfərovu Vətənə qaytaran Ali Baş Komandanın siyasətini dəstəkləyirlər. Şəhid anasının çağırışı belə oldu - mənim oğlumun ruhu nigaran qalmasın, mən seçkidə möhtərəm prezidentimizə səs verəcəyəm. Məncə, bundan artıq ehtiram ola bilməz.

Cəmiyyətimizin çoxluq təşkil edən təbəqəsi - qadınlarla da maraqlı görüşlərimiz baş tutdu. Onlar da dövlət siyasətini dəstəklədiklərini bəyan etdilər. O ki qaldı gənclərə, məlum olduğu kimi, Balakəndə istedadlı və bacarıqlı gənclər çoxdur. Artıq neçə illərdir ki, bu rayondakı orta məktəb məzunlarının 70 faizi qəbul imtahanlarında 500-dən yuxarı bal toplayır. Rayonumuzdan Olimpiya çempionları var. Balakəndə gənclərin intellektual inkişafı üçün hər cür şərait yaradılıb. Burada yeni düşüncəli gənclər təbəqəsi yaranıb və onlar Azərbaycanın gələcəyini, uğurunu məhz prezidentin adı ilə bağlayırlar.

- Balakəndə YAP-ın mitinqində hansı hisslər yaşandı, hansı şüarlar səsləndi?

- Əvvəlcə onu qeyd edim ki, Balakən istər təbiəti, istərsə insanların birgəyaşayışı baxımından çox maraqlı bölgədir. Burada avarlar, ingiloylar, bir çox fərqli etnos və millətin nümayəndələri yaşayır. Mən deyərdim ki, Azərbaycanda multikultiralizmin təntənəsi bu məkanda müşahidə olunur. Rayonda qəribə bir tolerantlıq, mədəniyyət məkanı yaranıb. Balakən sakinləri müxtəlif dillərdə danışsalar da, dövlətə sədaqətləri eynidir. Onlar dağ insanlarına xas olan mətanətlilik, əzmkarlıqla azərbaycançılıq amalına xidmət edirlər. Prezidentin ötən ay Balakənə səfəri zamanı dediyi sözlər hər kəsin yadındadır: “Balakənin təkcə təbiəti deyil, insanları da gözəldir. Azərbaycan cəmiyyətində bu gözəl qardaşlıq ab-havası yaşanır və güclənir. Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir”.

Bu birlik YAP-ın Balakəndə keçirdiyi mitinqində də görünürdü. Sizə deyim ki, meydan aşıb-daşırdı. İnsanlar çox böyük qürurla, xüsusilə gənclər böyük coşğu ilə İlham Əliyevə səs verəcəkləri haqda şüarlar səsləndirirdilər. Biz gənclərin məhz bu yolun davamçısı olacağına inanırıq. Çünki bu yolun önündə qətiyyətlə addımlayan cənab prezident və onun ardınca gedən milyonlar - Azərbaycan xalqı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR