“Muğanbank” daha 3 filial açıb

“Muğanbank” daha 3 filial açıb
# 03 iyun 2014 06:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gündən etibarən “Muğanbank”ın Şəmkir, Salyan və Xaçmaz şəhərlərində yeni filialları fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni açılan filiallarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunur.

Yeni filiallar müvafiq olaraq Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 179, Salyan şəhəri, Heydər Əliyev prospekti 109 və Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində fəaliyyət göstərir.

Bankın xidmət şəbəkəsinin inkişaf konsepsiyasına uyğun olaraq daha bir neçə regionlarda filial və şöbələrin açılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR