Azərbaycanda silahlı birləşmələrdən xalqa və dövlət qurumlarına qarşı istifadəyə görə cəzalar ağırlaşdırılır

Azərbaycanda silahlı birləşmələrdən xalqa və dövlət qurumlarına qarşı istifadəyə görə cəzalar ağırlaşdırılır
# 19 may 2014 14:25 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 275.1-ci maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda bu rəqəmlər müvafiq olaraq 5 ildən 10 ilə qədərdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR