Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin bir neçə istiqamətində atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin bir neçə istiqamətində atəşə tutublar
# 27 sentyabr 2013 07:14 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR