«Kapital Bank» nağd kreditlərin şərtlərini yaxşılaşdırıb

 «Kapital Bank» nağd kreditlərin şərtlərini yaxşılaşdırıb
# 01 noyabr 2013 09:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC nağd kredit məhsulu olan «Gündəlik tələbat krediti»nin şərtlərinə dəyişikliklər edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, belə ki, artıq bu kreditin maksimal məbləği 5 min manatdan 6 min manatadək artırılıb, maksimal müddəti isə 24 aydan 36 ayadək uzadılıb.


Bu kreditlər illik 24% dərəcəsi ilə, arayışsız, zaminsiz və girovsuz verilir. Müraciət edənlər əmək haqqı, yaxud pensiya kartı olan fiziki şəxslər olmalıdır. «Kapital Bank»ın təklif etdiyi gündəlik tələbat kreditləri üzrə aylıq borcların ödənilməsi üçün hər ay banka gəlməyə ehtiyac yoxdur. Bunu, bankın saytında yerləşdirilmiş onlayn kredit ödənişi sistemi vasitəsilə və ya kart sahiblərinin yazılı razılığı əsasında kredit borcunun hər ay onların əmək haqqı və pensiyalarından tutulması yolu ilə həyata keçirmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR