“Nida”çıların apellyasiya şikayətinə baxacaq hakimin adı məlum olub

“Nida”çıların apellyasiya şikayətinə baxacaq hakimin adı məlum olub
# 12 iyun 2014 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti hakimin icraatına verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, apellyasiya şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatına verilib. Vəkil apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclasının vaxtının yaxın günlərdə məlum olacağını bildirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR