“Qarabağ” ev oyunlarını Suraxanıda keçirəcək

“Qarabağ” ev oyunlarını Suraxanıda keçirəcək
# 25 aprel 2014 12:51 (UTC +04:00)

Bakı – APA. “Təxminən 1 ay ərzində Suraxanıdakı bazamıza köçəcəyik”. Bunu apasport.az saytına “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl deyib.

Hazırda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “Qarabağ” yeni mövsümdən qonaq komandaları köhnə - Suraxanı qəsəbəsindəki arenasında qəbul edəcək.

Çəlikəl bildirib ki, 30-45 gündən sonra bu arena tam hazır vəziyyətdə olacaq: “Hazırda stadionumuzda inşaat işləri getməkdədir. Tribunalara da əl gəzdiriləcək. İnşallah, bu mövsüm qismət olmasa da, yeni mövsümdən oyunlarımızı yenidən Suraxanıda keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR