Elmar Məmmədyarov UNESCO-nun sabiq baş direktorunu qəbul edib

Elmar Məmmədyarov UNESCO-nun sabiq baş direktorunu qəbul edib
# 16 iyul 2013 14:44 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti və müstəqil qeyri-ticarət təşkilatı olan Madrid Klubu arasında əməkdaşlığın yaradılmasından və inkişaf etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Madrid Klubu və Nizami Gəncəvi adına beynəlxalq Mərkəzin birgə təşəbbüsü ilə bu yaxınlarda Bakıda keçirilən konfransın işini müsbət qiymətləndirmiş, tərəflər arasında imzalanmış Beynəlxalq Əməkdaşlıq Memorandumunun əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.

Federiko Mayor Zaragoza çox-mədəniyyətli və tolerant ölkə kimi Azərbaycanın dünya üçün nümunə olduğunu bildirib, qadınların Azərbaycan cəmiyyətindəki rolunu və gender bərabərliyinin qorunub saxlanılmasını yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR