Ukrayna prezidenti: “Münaqişələrin həlli üçün beynəlxalq səylərin gücləndirilməsi vahid Avrasiya təhlükəsizlik məkanının yaradılmasına önəmli töhfə olacaq”

Ukrayna prezidenti: “Münaqişələrin həlli üçün beynəlxalq səylərin gücləndirilməsi vahid Avrasiya təhlükəsizlik məkanının yaradılmasına önəmli töhfə olacaq”
# 05 dekabr 2013 09:39 (UTC +04:00)

APA-nın Kiyevə ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri Ukrayna prezidenti Viktor Yanukoviç ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçirilən 20-ci iclasının iştirakçılarına məktubunda deyib. Məktubu baş nazir Nikolay Azarov oxuyub.


V. Yanukoviç ümid etdiyini bildirib ki, Kiyevdəki toplantı ATƏT-in bir sıra vəzifələrinin yerinə yetirilməsində, o cümlədən silahlanma üzərində nəzarət, silahların yayılmaması, insan alveri ilə mübarizə, sonrakı inkişaf üçün əsasların yaradılması məsələlərində vacib mərhələ olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara isə ölkəsinin sədrliyinin nəticələri ilə bağlı danışıb. O bildirib ki, ATƏT məkanındakı münaqişələrin həlli məsələsi Ukrayna üçün çox vacibdir. Nazir il ərzində ərazisində münaqişələr olan bütün ATƏT ölkələrinə səfərlər etdiyini söyləyib. “Sədrliyimiz danışıqların mövcud formatını yeni məzmunla tamamlamaq istəyib və müəyyən hallarda buna nail olub”, deyə o, Dnestryanı münaqişənin həllindəki tərəqqini qeyd edib.

L. Kojara Ukraynanın ATƏT-in Minsk Qrupuna hər cür dəstək verdiyini söyləyib və Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR