Yaxın 5 ildə Azərbaycan sığorta bazarının həcmi 1 mlrd. manata çatacaq

Yaxın 5 ildə Azərbaycan sığorta bazarının həcmi 1 mlrd. manata çatacaq
# 20 iyun 2013 11:20 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Qarşıdakı 5 il ərzində Azərbaycanın sığorta bazarının həcmi 1 mlrd. manata çata bilər. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, hər il sığorta bazarının həcmi təqribən 20% artdığını nəzərə alanda, bazarın bu həddə çatmasına təqribən 5 il vaxt tələb olunur.

N.Xəlilov bildirib ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortasını aktivləşdirmək üçün hələlik inzibati üsullardan və inzibati xarakterli tələblərdən istifadə etmək nəzərdə tutulmur. Onun sözlərinə görə, hazırkı mərhələdə Maliyyə Nazirliyi daha çox maarifləndirmə və izahat işlərinə üstünlük verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR