Sevastopolda Ukrayna Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Rusiyanın tərəfinə keçmək təklifini rədd edib

Sevastopolda Ukrayna Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Rusiyanın tərəfinə keçmək təklifini rədd edib
# 03 mart 2014 11:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, qərargahdan “İnterfaks Ukraina” agentliyinə bildiriblər ki, həmin vaxt Ukrayna HDQ-nin yeni təyin olunan komandanı, kontr-admiral Sergey Qayduk qərargahda olub.

D.Berezovski və ətrafındakı adamlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin zabit və matroslarını Ukraynadan üz döndərərək Krım (Rusiya) tərəfə keçməyə çağırıblar. Onlar Ukrayna hərbçilərinə maaş artımı və digər imtiyazlar vəd ediblər. Bununla bağlı saat 10.00 radələrində qərargahda HDQ-nin bütün şəxsi heyətinin iştirakı ilə xüsusi toplantı keçirilib. Şəxsi heyət Ukrayna xalqına andına sadiq qalacağını bəyan edərək təklifi rədd edib. Onlar D.Berezovski və rus hərbçilərini qərargahdan qovublar.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu D.Berezovski haqqında “dövlətə xəyanət” ittihamı ilə cinayət işi açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR