Rusiyalıların 35 faizi miqrantları təhlükə sayır

Rusiyalıların 35 faizi miqrantları təhlükə sayır
# 22 iyul 2013 11:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiyada keçirilən sorğuya əsasən miqrantlar bu ölkənin real təhlükə törədir.

APA-nın “Lenta.ru” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ümumrusiya İctimai Rəy Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, rusiyalıların 35 faizi fikirləşir ki, digər millət nümayəndələrinin Rusiyada yaşaması onların ölkəsi üçün böyük təhlükə yaradır.

Respondentlərin 33 faizi mədəniyyət, təhsil və elmin səviyyəsinin aşağı düşməsinin Rusiya üçün, 28 faizi isə terror aktlarının ölkə üçün təhdidlər yaradacağı fikrindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR