Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 10 iyun 2014 13:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 317-2.1; 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Oqtay Qabil oğlu Zəkiyevə nişanlısı Şöhlə Saleh qızı Həsənlinin gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR