İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
# 06 dekabr 2013 23:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Dekabrın 6-da axşam saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub. APA-nın Tehran Universitetinin Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində olub.

1,5 bal gücündə yeraltı təkanlar Bakı vaxtı ilə saat 19:56-da (Tehran vaxtı ilə 19:26-da) yerin 10 km dərinliyində qeydə alınıb. Təbii fəlakət Vərziqandan 12 km, Xacədən 29 km və Əhərdən 42 km aralıda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR