Azərbaycan Beynəlxalq Bankı «UnionPay» kartlarının emissiyasına başlayır

Azərbaycan Beynəlxalq Bankı «UnionPay» kartlarının emissiyasına başlayır
# 13 noyabr 2013 08:53 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «UnionPay International» şirkəti ilə tərəfdaşlıq çərçivəsində «UnionPay International» ödəniş sisteminin kartlarını öz POS-terminalları və bankomatlarında qəbul edəcək. Bununla əlaqədar, bank Azərbaycanda ilk dəfə olaraq bu ödəniş sistemi ilə birgə plastik kartların emissiyasını həyata keçirəcək.

Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və Çin Xalq Bankı tərəfindən təsis edilmiş «UnionPay International» şirkəti emissiya etdiyi kartların sayına görə dünya lideri, kartlar üzrə dövriyyənin həcminə görə isə ikinci olub. Şirkətin emissiya etdiyi kartların sayı 3 mlrd.-a yaxındır və 141 ölkədə qəbul olunur. Hazırda dünya üzrə 50-dən çox böyük maliyyə institutu yerli valyutada «UnionPay» kartlarının emissiyasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR