Şəkidə 39 yaşlı qadın özünü asıb

Şəkidə 39 yaşlı qadın özünü asıb
# 23 dekabr 2013 07:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Şəki rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Əntiqə Əbdürrəhmanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR