“Magistr” jurnalının beşinci sayı çap olunub

“Magistr” jurnalının beşinci sayı çap olunub
# 07 iyun 2014 16:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının beşinci sayını çap edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına Azərbaycan və rus bölmələrindən qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar əks olunub.

Jurnalı TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR