Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam!” aksiyası çərçivəsində Azərbaycan bayrağı ucaldılıb. APA-nın məlumatına görə, ictimaiyyət nümayəndələrinin və Bakı sakinlərinin iştirakı ilə keçirilən mərasimdə dövlət bayrağı meydana gətirilib və Dövlət Himninin sədaları altında ucaldılıb.
Bildirilib ki, bu mərasim ictimaiyyətin arzusu ilə keçirilir və indən belə mütəmadi olaraq davam etdiriləcək.