Qulam İsakzai: “Azərbaycan institusional inkişafda uğurlar əldə edib”

Qulam İsakzai: “Azərbaycan institusional inkişafda uğurlar əldə edib”
# 01 iyul 2016 13:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” adlı birgə layihənin imzalanması mərasimi baş tutub.

APA-nın məlumatına görə, sənəd Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri tərəfindən imzalanıb.


Dövlət İdarəçilik Akademiyasının rektor Urxan Ələkbərov bildirib ki, Dünya Bankı və BMT-nin birgə məlumatına əsasən, Azərbaycan 2015-2030-cü illər üzrə davamlı inkişaf məqsədlərinə nail olunmasında bir sıra nailiyyətlərə imza atıb. Onun sözlərinə, görə, Azərbaycanın bu sahədəki nailiyyətləri bir sıra ölkələrin milli göstəricilərindən yüksəkdir: “Bu nəticələrin əldə edilməsində güclü idarəetmənin mühüm rol olub”.

BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Qulam İsakzai isə qeyd edib ki, BMT İnkişaf Proqramının DİA ilə əməkdaşlığı uzun müddət davam edir. “Azərbaycan həqiqətən də institusional inkişafda uğurlar əldə edib. Dünyanın hər yerində belə hesab edilir ki, güclü idarəetmə bacarığı olan olan dövlət qulluqçuları hər bir cəmiyyətin inkişafında əsas şərtdir. BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cısı məhz dövlət idarəetməsinin gücləndirilməsi ilə bağlıdır. Ümid edirəm ki, ötən ilin sentyabrında Nyu Yorkda qəbul edilmiş minilliyin inkişaf məqsədləri Azərbaycanda geniş surətdə təbliğ olunacaq”.

Q. İsazkai Avropa İttifaqının nümayəndəliyinə layihəyə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Sonda imzalanma mərasimi baş tutub.

Qeyd edək ki, sözügedən layihədən 500 insan faydalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR