Prezident İlham Əliyev: “Qeyri-neft sektorunun inkişafına bu qədər diqqət göstərməsəydik, bizi staqnasiya gözləyə bilərdi”

Prezident İlham Əliyev: “Qeyri-neft sektorunun inkişafına bu qədər diqqət göstərməsəydik, bizi staqnasiya gözləyə bilərdi”
# 10 aprel 2015 12:27 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu iqtisadiyyat möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil: “Əksinə, indi biz donor kimi başqa ölkələrə, eyni zamanda beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR