“Azər-Türk Bank” yeni “Neftçi” kampaniyasina start verib

“Azər-Türk Bank” yeni “Neftçi” kampaniyasina start verib
# 30 iyul 2014 12:40 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azər-Türk Bank” bu gündən etibarən yeni “Neftçi” kampaniyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya Azərbaycanda fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin əməkdaşlarına şamil edilir.

Kampaniya çərçivəsində aylıq əmək haqqısı 450 manatdan yuxarı olan şəxslər illik 15%-dən başlayaraq istehlak kreditləri əldə edə biləcəklər. Qeyd edək ki, kreditin rəsmilşdiriliməsi iş yerindən arayış və ya əmək haqqı kartı hesabından son 6 ayın çıxarışını təqdim etməklə mümkün olacaq.

Kampaniya zamanı ayrılacaq maksimal məbləğ 50 000 manatdır. (Müştərinin digər banklarda olan kredit öhdəlikləri ayrıla biləcək maksimal kredit məbləğinə təsir edir.)

“Neftçi” kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlamaq olar (www.azerturkbank.biz).

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır.


“Azər-Türk Bank” 19 il etibar etdiyiniz ünvan...

FİFD min. 19.3%- maks. 30.2%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR