“Azər-Türk Bank” 19 illiyini qeyd edir

“Azər-Türk Bank” 19 illiyini qeyd edir
# 14 iyul 2014 08:40 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün “Azər-Türk Bank” 19 illiyini qeyd edir. Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Bank “T.C.Ziraat Bankası A.Ş.” və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib və Azərbaycan Mərkəzi Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlayıb.

“Azər-Türk Bank” 19 il ərzində istər fiziki, istərsə də hüquqi şəxs müştərilərin etibar etdiyi bank olub.

2014-cü ilin ilk iki rübündə bank ilk dəfə olaraq “Həmkarım” (digər bankaların əməkdaşları üçün istehlak kredit növü), “Daxili İpoteka” krediti, “Ailə” krediti, “Refinans Biznes” krediti, Türk Exim Bank ilə ortaq 7 illik biznes krediti və digər maraqlı və yenilikçi istehlak və biznes kredit məhsullarını bazara təqdim edib.

Bu il bank yeni bankomatlarının saylarını artıraraq, xidmət şəbəkəsini genişləndirib. Bank yaxın zamanlarda xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR