Sergey Lavrov: “Rusiya terrorizmlə mübarizədə İraqa dəstək verməyə hazırdır”

Sergey Lavrov: “Rusiya terrorizmlə mübarizədə İraqa dəstək verməyə hazırdır”
# 19 mart 2015 15:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya İraqa terrorizmlə mübarizədə dəstək verməyə hazırdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı İbrahim Cəfəri ilə keçirdiyi mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, İ. Cəfəri İraqdakı vəziyyət barədə onu ətraflı məlumatlandırıb: “Biz dost ölkə ilə həmrəy olduğumuzu və bu təhlükələrin qarşısını almaq üçün müdafiə qabiliyyətinin artırılmasında, dövlətin ərazi bütövlüyünün bərpasında Bağdada kömək göstərəcəyimizi təsdiqlədik”.

S. Lavrov “İŞİD”lə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, "İslam Dövləti" ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ilə dialoqdan imtina edərək açıq siyasiləşmiş mövqe tutur: "Hesab edirəm ki, bu cür mövqe zərərlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR