Bakı-Şamaxı yolunda iki minik maşını toqquşub, ölən və xəsarət alan var

Bakı-Şamaxı yolunda iki minik maşını toqquşub, ölən və xəsarət alan var
# 29 avqust 2014 10:33 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində yolun 69-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Şəki sakini, 1934-cü il təvəllüdlü Tahir Əsgərovun idarə etdiyi 10-DT-186 dövlət nömrə nişanlı “VAZ 2101” markalı minik maşını qarşı tərəfdən gələn Zaqatala sakini, 1950-ci il təvəllüdlü Nəcməddin Hacıyevə məxsus 90-MZ-720 dövlət nömrə nişanlı, “Nissan X-Trail” markalı maşınla toqquşub. Hadisə nəticəsində “VAZ 2101” markalı minik maşının sürücüsü 80 yaşlı Tahir Əsgərov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, digər avtomobilin sürücüsü Nəcməddin Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi kəsici alətlərdən istifadə edərək maşınlarda sıxılmış vəziyyətdə qalan ölən və yaralı şəxsi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR