“Azərbaycan ailəsi 2015” film festivalının bağlanış mərasimi keçirilib - FOTOSESSİYA

“Azərbaycan ailəsi 2015” film festivalının bağlanış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 noyabr 2015 13:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün “Azərbaycan ailəsi 2015” film festivalının bağlanış mərasimi keçirilib. APA-nın xəbərinə görə, “Azərbaycan ailəsi 2015” film festivalı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu tərəfindən birgə təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Azərbaycan dövləti tərəfindən ailənin inkişafına yönələn layihələrə xüsusi diqqət ayrılır: “Ailə dəyərlərinin qorunub saxlanmasında maarifləndirmə tədbirlərinin aparılması çox vacibdir. “Azərbaycan ailəsi” film festivalının keçirilməsində əsas məqsəd gənclər arasında milli-mənəvi dəyərləri təbliğ etməkdir. Ənənəvi xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalı artıq 7 ildir keçirilir və gün keçdikcə festivalın miqyası böyüyür. Mən başda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla, BMT-nın Əhali Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Mədəniyyət və İncəsənət Universitetinə öz təşəkkürümü bildirirəm”.

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev festivalın əhəmiyyəti haqda danışıb.

“Azərbaycan ailəsi 2015” film festivalının münsiflər heyətinin üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova festivalın keçirilməsində maraqlı olduqlarını vurğulayıb: “Festival getdikcə populyarlaşır. Festival çərçivəsində “Həyatdan şəklə” fotomüsabiqəsi də keçirilib. Bu il festivala 5 xarici ölkədən - İran, Rusiya, Macarıstan, İsveç və Özbəkistandan işlər təqdim edilib. Festival 24 dekabr 2014-cü ildən 31 avqust 2015-ci ilə qədər davam edib. Festivala 36 iştirakçı tərəfindən 39 film, 25 fotoqraf tərəfindən isə 94 foto təqdim edilib. Özbəkistandan foto, Macarıstan, İran, Rusiya və İsveçdən festivala filmlər təqdim olunub. Qeyd edim ki, İsveç və Macarıstan da ilk dəfədir ki, festivala qatılır. Münsiflər heyəti 11 nəfərdən ibarət olub. Mən münsiflər heyəti adından iştirakçıların gələcək işlərində daha ümidverici mövzulara toxunmalarını istərdim”.

“Azərbaycan ailəsi 2015” film festivalının münsiflər heyətinin üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev qeyd edib ki, “Azərbaycan ailəsi” uzunömürlü, vacib və qiymətli festivaldır: “Bu festival humanist ideyaları tərənnüm edir, bir çox gənclərə yol göstərir. Festivalda uğur qazanan gənclər hazırda səmərəli işlər görürlər”.

Bağlanış mərasiminin sonunda “Azərbaycan ailəsi 2015” film festivalının və “Həyatdan şəklə” foto müsabiqəsinin qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR