Yolçu Xanvəli: "Vəzifəsinin öhdəsindən gəlməyən baytarlıq idarələrinin rəhbərləri barədə ciddi tədbirlər görüləcək"

Yolçu Xanvəli: "Vəzifəsinin öhdəsindən gəlməyən baytarlıq idarələrinin rəhbərləri barədə ciddi tədbirlər görüləcək"
# 30 aprel 2015 13:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Vəzifəsinin öhdəsindən gələ bilməyən baytarlıq idarələrinin rəhbərləri barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi inzibati tədbirlər görüləcək”.

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y. Xanvəli bildirib ki, kənd təsərrüfatı naziri Heydər Əsədov rayon baytarlıq idarələrinin rəhbərləri ilə bağlı əmr imzalayıb: “Əmrdə fəaliyyətində dönüş yarada bilməyən, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən, ölkədə epizootik durumun sabitliyinə mənfi təsir göstərən Gəncə, Sumqayıt, Bakı, Mingəçevir şəhər, Kürdəmir, Hacıqabul, Neftçala, Salyan, Ağcabədi, Lənkəran, Lerik, Samux, Daşkəsən, Tovuz, Quba, Bərdə, Saatlı, Qəbələ, Şəki, Astara, Zərdab, Beyləqan, Biləsuvar, Abşeron, Gədəbəy, Göyçay, Yardımlı, İsmayıllı, Ucar, Zaqatala, Cəlilabad, Yevlax, Xaçmaz, Sabirabad, Tərtər, Şabran, Ağstafa, Astara rayon baytarlıq idarələrinin rəhbərləri barədə çox ciddi inzibati tədbirlərin görüləcəyi qeyd olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR