Müsavat qurultayla bağlı yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat qurultayla bağlı yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 02 sentyabr 2014 14:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası iyunun VIII qurultayına yer ayrılması üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, müraciətdə partiyaya 800-1000 nəfərlik yer ayrılması istənilib: “Biz hesab edirik ki, Opera və Balet Teatrı qurultay keçirmək üçün məqsədəuyğundur. Buna görə də məktubda bu yer göstərilib”.

Xatırladaq ki, partiya qurultayını sentyabrın 27-nə təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR