Hikmət Haciyev: "Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarının məsələsi araşdırılır"

Hikmət Haciyev: "Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarının məsələsi araşdırılır"
# 20 noyabr 2014 10:20 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suiryaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür. Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidməti rəhbərinin vəzifəsini icra edən Hikmət Haciyev deyib. “Hazırda məsələ araşdırılır. Bununla əlaqədar Türkiyənin rəsmi dövlət qurumları ilə təmaslar davam etdirdilir” – diyə o, söyləyib.

Xatırladaq ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR