Müsavat rəhbərliyi Vurğun Əyyubun partiyaya bərpası ilə bağlı qərarı araşdırır

Müsavat rəhbərliyi Vurğun Əyyubun partiyaya bərpası ilə bağlı qərarı araşdırır
# 21 may 2015 08:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Vurğun Əyyubun Müsavat Partiyasına bərpası ilə bağlı Binəqədi rayon təşkilatı Şurasının qərarı araşdırılır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, V. Əyyubla bağlı məsələ partiya müavinliyi tərəfindən araşdırılır və Nizamnaməyə uyğun qərar veriləcək: “Lazım gəlsə, bu məsələ Mərkəzi Nəzarət-Təftiş Komissiyasında da, Divanda da araşdırıla bilər. Hər şey partiyanın Nizamnaməsinə uyğun olacaq və burda başqa şey ola bilməz”.

Xatırladaq ki, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR