Amerika Erməni Milli Komitəsinin üzvüləri Ceyms Uorliklə görüşüblər

Amerika Erməni Milli Komitəsinin üzvüləri Ceyms Uorliklə görüşüblər
# 14 avqust 2014 13:05 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Amerika Erməni Milli Komitəsinin (AEMK) nümayəndələri Aram Ambryan və Keyt Naapetyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüblər.

APA-nın məlumatına görə, onlar amerikalı diplomatdan “Azərbaycanı müharibəyə yönələn addımlardan çəkindirməyi” xahiş ediblər.

Görüş zamanı AEMK sədri Kena Xaçikyanın məktubu Uorlikə təqdim olunub.

Məktubda Azərbaycan tərəfi Ermənistan və Dağlıq Qarabağa hücumlar etməkdə və atəşkəsi pozmaqda ittiham olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR