ATƏT Azərbaycanda jurnalistlər üçün növbəti treninq keçirəcək

ATƏT Azərbaycanda jurnalistlər üçün növbəti treninq keçirəcək
# 10 noyabr 2012 08:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, treninq informasiya əldə etmək mövzusunda olacaq. Tədbirdə jurnalistlər və media qurumlarının rəhbərləri iştirak edəcək: “Mən əmənəm ki, biz bu cür layihələri davam etdirəcəyik. Gələcəkdə də Azərbaycan hökuməti, Mətbuat Şurası və müstəqil medianın dəstəyi ilə bu cür layihələr həyata keçiriləcək. Mənim ofisim Azərbaycan hökumətinə bu kimi layihələrdə dəstək verməyə hazırdır. Bu cür fəaliyyət Azərbaycan cəmiyyətinin xeyrinədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR