Paşha Bank
Bank Of Baku

Səyahət sığortası hansı zərərləri əhatə edir?

Səyahət sığortası hansı zərərləri əhatə edir?
# 02 noyabr 2026 13:07 (UTC +04:00)

Xaricə səfər edənlərin əksəriyyəti səyahət sığortasını yalnız viza üçün tələb olunan sənəd kimi qəbul edir. Halbuki onun əsas funksiyası tamamilə fərqlidir – gözlənilməz hadisələr zamanı yaranan maliyyə xərclərini qarşılamaq.

Araşdırmalar göstərir ki, xaricdə ən çox rast gəlinən hadisələr qəfil xəstəlik, bədbəxt hadisə nəticəsində xəsarət alma, təcili tibbi yardım, hospitalizasiya və təxliyə ilə bağlı olur. Məsələn, “PAŞA Sığorta”nın Gürcüstanda qeydə alınan iki hadisəsində müştərilərdən biri bud sümüyünün sınığı səbəbindən əməliyyat olunub, digəri isə nəfəsalma çətinliyi ilə reanimasiya şöbəsində müalicə alıb. Hər iki hadisə üzrə ümumilikdə 8.044 ₼ tibbi xərc sığorta hesabına qarşılanıb. Berlində isə bir həmvətənimiz ürəkbulanma və qusma şikayətləri ilə klinikaya müraciət edib. Müayinə nəticəsində bağırsaq keçməzliyi aşkarlanaraq təcili cərrahi əməliyyat olunub və nəticədə 40.768 ₼ xərci “PAŞA Sığorta” tərəfindən qarşılanıb.

Səyahət sığortası xəstələnməyinizin qarşısını almır, lakin müalicənin büdcənizə vuracağı zərbəni azaldır. Xüsusilə xaricdə tibbi xidmətlərin yüksək qiymətini nəzərə alsaq, səyahətə çıxmazdan əvvəl mütləq sığorta alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR