Ötən gecə ay yerə 356 896 kilometr yaxın məsafədə olub

Ötən gecə ay yerə 356 896 kilometr yaxın məsafədə olub
# 11 avqust 2014 13:34 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib. O bildirib ki, ildə bir dəfə ayın yerə yaxınlaşması prosesi olur: “2011-ci ildə isə ay yerə bundan da yaxın məsafədə - 356 570 kilometrlikdə olub. Builki ilə müqayisədə həmin il ay yerə təxminən 300-500 kilometr daha yaxın olub. 2008-ci ildə isə ay yerə 356 521 kilometr yaxın məsafədə olub. Bu, bir neçə ildən bir təkrarlanan prosesdir. Ay həmin vaxt yerə ən yaxın məsafədə olur”.

X. Mikayılov qeyd edib ki, bu prosesə “super ay” deyirlər: “Ay yerə yaxın olduğuna görə onun ölçüsü böyüyür və parlaqlığı artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR