Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb - VİDEO

Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb - <span style="color: red;">VİDEO
# 09 noyabr 2015 12:30 (UTC +04:00)

Bakı-APA. Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR