IDEA kampaniyası beynəlxalq “Yer Kürəsi Günü” ilə bağlı aksiya keçirdib - FOTO

IDEA kampaniyası beynəlxalq “Yer Kürəsi Günü” ilə bağlı aksiya keçirdib - <span style="color: red;">FOTO
# 22 aprel 2013 14:08 (UTC +04:00)

Bakı-APA. Təbiətin gözəlliyinə, ona qarşı qayğıya, ətraf mühitin qorunması məsələlərinə və ona vurulan zərərə qarşı insanların diqqətini cəlb etmək məqsədi ilə mütəmadi olaraq yerli və beynəlxalq layihələri həyata keçirən IDEA kampaniyası bu gün qeyd olunan beynəlxalq “Yer Kürəsi Günü”nə həsr olunmuş aksiya keçirib. Kampaniyadan APA-ya verilən məlumata görə, artıq 192 ölkədə qeyd olunan “Yer Kürəsi Günü” hər il dünyanın müxtəlif ölkələrində yaşayan 1 milyarda yaxın insanı birləşdirir. “Yer Kürəsi Günü"nü koordinasiya edən Earth Day Network hal-hazırda 22000-ə yaxın təşkilatlar ilə əməkdaşlıq edir.

Earth Day Network ilə rəsmi tərəfdaşlıq edən IDEA kampaniyası “Yer Kürəsi Günü”nün Azərbaycanda qeyd olunmasına dair tədbirlər həyata keçirtməkdədir. Belə ki, insanları, xüsusən, gəncləri ətraf mühitin qorunması ilə bağlı məlumatlandırmaq məqsədi ilə IDEA kampaniyası Earth Day Network tərəfindən həyata keçirilən #faceofclimate “hashtag”-i altında qlobal foto-şəkil toplanmasında iştirak edir. Aksiya çərçivəsində IDEA kampaniyasının fəalları təbiətin gözəlliyi və ətraf mühitin çirklənməsini əks etdirən foto-şəkillər çəkiblər. Foto-şəkillərin vasitəsi ilə gənclər həmçinin ətraf mühitin qorunmasına dair ismarışlarını da çatdırıblar. 100-ə yaxın foto-şəkil Earth Day Network-ün rəsmi saytına yüklənmiş və sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, “Yer Kürəsi Günü” ilk dəfə 1970-ci ildə qeyd olunub. 2009-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən beynəlxalq “Yer Kürəsi Günü” hər il 22 aprel tarixində qeyd olunur.

Xatırladaq ki, ətraf mühitin qorunması məsələləri ilə bağlı insanları məlumatlandırmaq məqsədi ilə bir sıra beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirən IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. IDEA kampaniyası təbiətin mühafizəsi işlərinə gənclərin marağını artırmağa və onların keçirilən tədbirlərdə fəal iştirakına xüsusi önəm verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR