Şamaxıda kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı müşavirə keçirilib - FOTO

Şamaxıda kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 24 avqust 2015 16:26 (UTC +04:00)

Bakı – APA. Mülki Müdafiə Qoşunlarının mülki müdafiə idarəsi tərəfindən Şamaxı rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlimin keçirilməsi ilə bağlı hazırlıq müşavirəsi təşkil olunub.


İdarədən APA-ya verilən xəbərə görə, müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov çıxış edərək bildirib ki, təlimin keçirilməsində məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyət və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.

Sonra FHN-nin Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik Altay Şikarov çıxış edərək təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamları təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqların yerinə yetiriləcəyi barədə ətraflı məlumat verib.


Daha sonra çıxış edən FHN-nin Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi, polkovnik-leytenant Faiq Əhədov kompleks təlimə rayonun hərbiləşdirilməmiş dəstələrinin 230 nəfər şəxsi heyəti və 38 ədəd texnika cəlb edildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR