Ağcabədidə ana və oğlu bıçaqlanıb

Ağcabədidə ana və oğlu bıçaqlanıb
# 29 oktyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da Ağcabədi rayonunun Şənlik kəndində, kənd sakini Rafayel Məlikov münaqişə zəminində həmkəndlisi İldırım Kamalova bıçaqla xəsarət yetirib.

R.Məlikov daha sonra hadisə yerinə gələn İ.Kamalovun anası Aybənizi də bıçaqlayıb.

Hadisəni törədən R.Məlikov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR