Milyonçuların yaşamaq istədiyi şəhərlərin reytinqinə London başçılıq edir

Milyonçuların yaşamaq istədiyi şəhərlərin reytinqinə London başçılıq edir
# 10 aprel 2012 13:17 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən zəngin adamlarının yaşamaq istədiyi şəhərlərin reytinqi açıqlanıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, meqapolislərin ilk onluğuna London başçılıq edir. İlk üçlüyü Nyu-York və Honkonq tamamlayır.

Paris, Sinqapur, Mayami, Cenevrə, Şanxay, Pekin və Berlin də varidatı 25 mln. dollardan çox olan şəxslərin yaşamaq istədiyi şəhərlər sırasındadır.

Qeyd edək ki, reytinq cədvəli müxtəlif meyarlar, o cümlədən yaşayış keyfiyyəti, işgüzar fəallığın səviyyəsi, siyasi nüfuz, mədəni həyatın intensivliyi, sosial sabitlik, təhsil sistemi və yüksək komfortabelli yaşayışın mövcudluğu amilləri üzrə tərtib olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR